Xəbərlər
1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

·
1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, ETİHİ Yevlax Şəhər Komitəsinin ,rayonda fəaliyyət göstərən idarə, müəssisə,təşkilatın əməkdaşları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirib. Tədbir iştirakçıları Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbirin mahiyyətini əksetdirən videofilm nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının aparıcı məsləhətçisi Nərmin Fərzəliyeva, YAP Yevlax Rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, Yevlax rayon Ağsaqqallar Şurasının üzvü Hümbət Əhmədov, Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Fərid Nağızadə, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Şahnaz Hümbətli, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Hacıbəyli, Yevlax Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Nurcamal Əsgərova çıxışlarında bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsini yaşamaqdadır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.






