“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət görsədən 2 nömrəli körpələr evi uşaq baxcasında ETİHİ Daşkəsən rayon komitəsi ilə birgə tədbir təşkil edilmişdir.

01/06/2026, 15:01
xeber1

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət görsədən 2 nömrəli körpələr evi uşaq baxcasında ETİHİ Daşkəsən rayon komitəsi ilə birgə tədbir təşkil edilmişdir tədbirdə balaca fidanlara hədiyyələr verilmişdi. Bütün uşaqlara sağlam ömür, xoşbəxt və uğurlu bir həyat yolu arzu edildi. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibət ilə bütün həmkarlarımızın övladlarını və nəvələrini ürəkdən təbrik edirik Uşaqlar həyatımızın ən böyük sevinci, gələcəyimizin ən dəyərli sərvəti və sabahlarımızın ümididir. Onların sağlam, xoşbəxt, savadlı və vətənpərvər böyüməsi hər birimizin ən böyük arzusudur. Bu əlamətdar gün münasibət ilə bütün balaca fidanlara sağlam ömür, parlaq gələcək, uğurlu təhsil yolu və daim üzlərindən təbəssüm əskik olmayan xoşbəxt uşaqlıq illəri arzulayırıq!


 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: