“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilmişdir.

30/05/2025, 12:53
xeber1

ATİAHİ Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

Tədbir Suraxanı rayonu Qurban Abbasov adına Mədəniyyət Evində baş tutmuş və “Sizə gülüş yaraşır” adlı şou–illüziya proqramı ilə 220 nəfərə yaxın balaca fidan üçün unudulmaz bir günə çevrilib.

Bayram tədbirində şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də aztəminatlı ailələrdən olan uşaqlar iştirak ediblər.

Çıxış edən ATİAHİ Suraxanı Rayon Komitəsinin sədri Fərhad Həsənov uşaqları Respublika Komitəsinin sədri Araz Paşayevin, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı A. Əliyevin və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun adından təbrik etmiş, onlara sevinc, sağlamlıq və uğurlar arzulayıb.

Tədbir möhtəşəm illüziya nömrələri, mahnılar və rəqslərlə müşayiət olunmuş, uşaqlar üçün əyləncəli və yaddaqalan bir gün kimi yadda qalıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: