“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

02/06/2026, 15:27
xeber1

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə ETİHİ Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayonunun körpələr evi uşaq bağçasının körpə fidanları, Şəhid uşaqları, qazilərin uşaqları və aztəminatlı ailələrin övladları iştirak etmişdir. Tədbirdə uşaqlara bayram süfrəsi açılmışdır, şən musiqi sədaları altında rəqslər, şerlər, mahnılar tədbiri daha da rəngarəng etdi. Tədbirə dəvət olunmuş klounlar uşaqların sevincinə səbəb oldu. Belə şəraitin yaradılması üçün AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: