Xəbərlər
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir.

ETİHİ Daşkəsən rayon komitəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir təşkil edilmişdir. Tədbirdə balaca fidanların əl işlərinə baxış təşkil edilmiş və dərs ili boyunca fəaliyyətində fərqlənən bir sıra şagirdlərə fəxri fərmanlar, hədiyyələr verilmişdir. 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün həmkarlarımızın övladlarını və nəvələrini ürəkdən təbrik edirik. Uşaqlar həyatımızın ən böyük sevinci, gələcəyimizin ən dəyərli sərvəti və sabahlarımızın ümididir. Onların sağlam, xoşbəxt, savadlı və vətənpərvər böyüməsi hər birimizin ən böyük arzusudur. Daim üzlərindən təbəssüm əskik olmayan xoşbəxt uşaqlıq illəri bu əlamətdar gün münasibət ilə bütün balaca fidanlara sağlam ömür arzulayırıq.











