“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 İnci Psixoloji Mərkəzin açılış mərasimi

19/03/2026, 10:10
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsi olaraq Ağstafa şəhərində fəaliyyətə başlayan 1 İnci Psixoloji Mərkəzin açılış mərasimində iştirak etdik.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov , şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edərək bu əlamətdar günə öz töhfələrini verdilər. Belə bir psixoloji mərkəzin fəaliyyətə başlaması həm rayon üçün, həm də ümumilikdə cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə insanların psixoloji dəstəyə olan ehtiyacı getdikcə artır və bu baxımdan peşəkar psixoloqların fəaliyyət göstərəcəyi belə mərkəzlərin yaradılması olduqca vacibdir. Həmkarlar ittifaqı olaraq gələcəkdə bu cür mərkəzlərlə əməkdaşlıq edərək müxtəlif layihələrin həyata keçirilməsinə ümid edirik. Çünki istər təhsil müəssisələrində, istərsə də digər təşkilatlarda psixoloji dəstək xidmətlərinin təşkili sağlam və dayanıqlı cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Sonda bizi bu əlamətdar tədbirə dəvət etdiklərinə görə psixoloji mərkəzin rəhbərliyinə səmimi təşəkkürümüzü bildiririk və fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: