Xəbərlər
1 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat aylığı çərçivəsində Riyaziyyat gecəsi keçirildi .

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat aylığı çərçivəsində Riyaziyyat gecəsi keçirildi . Gecə rayonumuzun çox dəyərli ziyalılarından olmuş fəaliyyəti dövründə Qabaqcıl Maarif Xadimi fəxri adını almış Səfərov Cavad Calal oğlunun 90 illik yubileyinə həsr olunmuşdur.
Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, baş məsləhətçisi Rahim Baxışov,uzun müddət məktəbimizin direktoru işləmiş əməkdar müəllim Şəfaqət Rəsulov eləcə də əməkdar müəllimlər Qalib Bəşirov, Aydın Əzizov, Cavad müəllimin ailə üzvləri eləcə də, məktəb rəhbərliyi, müəllim, şagird və valideyn kollektivi iştirak etdilər.
Tədbir məktəbimizin riyaziyyat müəllimi Şəfəq Bayramlının təşkilatçılığı ilə Va və VIIIa sinif şagirdlərinin iştirakı ilə birlikdə baş tutdu.
Tədbir şagirdlərin ifalarında çox maraqla izləndi. Sonda qonaqlar Cavad müəllim haqqında öz xatirələrini bölüşdülər.
Əziyyəti olan bütün müəllim və şagird kollektivinə təşəkkür edirik.



















