“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 65 illik yubiley

06/07/2026, 10:05
xeber1

1 №-li UGİM-in müəllimi Novruzov Rəfiq Qurban oğlunun 65 illik yubileyi münasibətilə 🎉


Hörmətli Rəfiq müəllim!

Sizi 65 illik yubileyiniz münasibətilə bütün həmkarlarınız adından ürəkdən təbrik edirik!

Uzun illər ərzində göstərdiyiniz zəhmət, peşəkarlıq, insanlara olan səmimi münasibətiniz və yüksək mənəvi keyfiyyətləriniz Sizi kollektivimizdə hər zaman seçilən və hörmət edilən insanlardan biri edib. Sizinlə bir kollektivdə çalışmaq hər birimiz üçün qürurvericidir.

Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, uzun və xoşbəxt ömür, ailə səadəti, övladlarınızın və nəvələrinizin uğurlarını görməyi arzulayırıq. Qoy həyat yolunuz daim işıqlı olsun, sevgi, hörmət və xoş günlərlə əhatə olunasınız.

🌹 65 illik yubileyiniz mübarək olsun!

Allah Sizə sağlam, firavan və bərəkətli ömür nəsib etsin!

Hörmət və ehtiramla,

Həmkarlarınız adından.

Sosial şəbəkələrdə paylaş: