Xəbərlər
1 Oktyabr-Beynəlxalq Ahıllar günü
01/10/2026, 11:54

1 Oktyabr-Beynəlxalq Ahıllar günü münasibətilə ETİHİ Tovuz Rayon Komitəsi 87 yaşlı İzzət Hüseynovu səmimi qəlbdən təbrik edərək,ona möhkəm can sağlığı,firavan həyat arzulamışdır.Ahıl insanlarımız həyat təcrübələri,müdriklikləri və zəngin ömür yolları ilə cəmiyyətimiz üçün böyük mənəvi sərvətdir.Onların keçdiyi şərəfli həyat yolu gənc nəsil üçün daim dəyərli örnəkdir.Ahıllarımıza göstərilən diqqət,qayğı və hörmət xalqımızın milli-mənəvi dəyərlərinin gözəl ifadəsidir.Arzu edirik ki,hər bir ahılımız ömrünün hər gününü sevgi,hörmət və qayğı içində yaşasın.







