“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 İyun-Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

01/06/2026, 20:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın müdiri Taleh Novruzov, tərbiyəçi-müəllim heyəti və şagirdlər iştirak ediblər.

Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət uşaq siyasəti haqqında videoçarx nümayiş olunub.

Çıxış edənlər – Günay Mahmudova, Ziyafət Xasiyeva, Ziyad Əliəkbərov, Zamik Cəbiyev və Taleh Novruzov dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlərdən bəhs edərək, uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib. Şəki şəhər 1, 5 və 10 nömrəli tam orta məktəblərin,Uşaq Gənclər İnkişaf Mərkəzinin eləcə də İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdlərinin ifasında müxtəlif musiqili ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Daha sonra Qax Dövlət Kukla Teatrının təqdimatında “Günəşin dostları” adlı tamaşa nümayiş etdirilib və uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən bayram süfrəsi təşkil olunub, onlara hədiyyələr təqdim edilib.

Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edib və onların sevinc dolu anları ilə yadda qalıb

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: