Xəbərlər
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik!
Uşaqlar bizim gələcəyimiz, sevincimiz və ən böyük ümidimizdir. Gələcəyimizin parlaq, xoşbəxt və mükəmməl olmasını istəyiriksə, uşaqlarımızı sevməli, qorumalı, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinə hər zaman dəstək olmalıyıq.
Hər bir uşağın xoşbəxt uşaqlıq yaşamaq, sevgi və qayğı ilə əhatə olunmaq hüququ var. Uşaqların gülüşü dünyamızı işıqlandırır, onların uğurları isə sabahımıza inam yaradır.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı ürəkdən təbrik edir, onlara sağlamlıq, sevinc, xoşbəxtlik, uğurlu gələcək və arzularının gerçəkləşməsini arzulayırıq.
Bayramınız mübarək olsun, əziz uşaqlar!
Ağstafa Rayon Dağkəsəmən kənd Bir nömrəli körpələr evi uşaq bağçasında olduq. Körpələrin sevincinə şərik olduq.






