Xəbərlər
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü 119 nömrəli körpələr evi-uşaq bağçasında qeyd olunub.
02/06/2026, 17:30

119 nömrəli körpələr evi–uşaq bağçasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib. Tədbirdə qeyd olunub ki, uşaqların hərtərəfli inkişafı və xoşbəxt gələcəyinin təməli məhz müəllim və tərbiyəçilərin böyük zəhməti, qayğıkeş münasibəti ilə formalaşır. Balacaların hazırladıqları musiqili-bədii kompozisiyalar və rəngarəng çıxışlar bayram əhval-ruhiyyəsini daha da yüksəldib.






