Xəbərlər
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü 14 nömrəli tam orta məktəbdə

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə “Dünya ölkələri uşaqların gözü ilə” adlı tədbir keçirilib.4 "Ç" sinifinin rəhbəri Günay Rüstəmovanın rəhbərliyi ilə ərsəyə gələn tədbirdə şagirdlər müxtəlif ölkələrin mədəniyyətlərini, adət-ənənələrini və milli xüsusiyyətlərini əks etdirən maraqlı təqdimatlarla çıxış ediblər.Tədbirdə çıxış edən məktəbin direktoru Rəfail Hüseynov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və əhəmiyyətindən danışıb, bu günün uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması və gələcəyinin etibarlı şəkildə qurulması baxımından xüsusi önəm daşıdığını qeyd edib.Daha sonra çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova uşaqların cəmiyyətin və dövlətin ən qiymətli sərvəti olduğunu vurğulayaraq onların bilikli, vətənpərvər və sağlam ruhda yetişməsinin vacibliyindən bəhs edib. O, şagirdləri bayram münasibətilə təbrik edərək onlara uğurlar, xoşbəxtlik və parlaq gələcək arzulayıb.Tədbir şagirdlərin təqdimatları, bədii kompozisiyaları və rəngarəng çıxışları ilə davam edib, iştirakçılarda xoş təəssürat yaradıb.















