“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 İYUN Uşaqların Beynəlxalq müdafiəsi günü

02/06/2026, 13:20
xeber1

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ETİHİ Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə bir sıra şagirdlərin iştirakı ilə tədbir təşkil edilmişdir. Tədbirdə balaca fidanları əyləndirmək məqsədi ilə personajların iştirakı ilə əyləncəli tədbir keçirildi. Bütün uşaqlara sağlam ömür, xoşbəxt və uğurlu bir həyat yolu arzu edildi. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün həmkarlarımızın övladlarını və nəvələrini ürəkdən təbrik edirik. Uşaqlar həyatımızın ən böyük sevinci, gələcəyimizin ən dəyərli sərvətimizdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: