“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

04/06/2026, 15:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, musiqili çıxışlar və maraqlı fəaliyyətlər təşkil olunmuş, onlara xoş və yaddaqalan anlar yaşadılmışdır. Uşaqların sevinc və təbəssümlə dolu anları bayrama xüsusi rəng qatmışdır. Tədbirin sonunda uşaqlara xoş arzular çatdırılmış, onların sağlam, xoşbəxt və uğurlu gələcəyi dilənmişdir. Uşaqların hərtərəfli inkişafı və firavan gələcəyi cəmiyyətimizin əsas prioritetlərindən biri olaraq qalır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: