Xəbərlər
10 may 2026-cı il tarixində Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə rayonun icra başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri,Rayon Təhsil Sektoru və ETİHİ Kürdəmir rayon komitəsinin təşkilatçılğı ilə rayonun ümumtəhsil məktəblərinin kollektivləri Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonda rayonun Bayraq meydanında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib





