Xəbərlər
103-cü ildönüm

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın taleyində silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.
Dahi dövlət xadiminin zəngin siyasi irsi, uzaqgörən rəhbərliyi və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə həyata keçirdiyi misilsiz xidmətlər xalqımızın yaddaşında daim yaşayır. Müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını qoyan Ulu Öndər ölkəmizin sabitliyi, tərəqqisi və beynəlxalq nüfuzunun artması yolunda əvəzsiz xidmətlər göstərmişdir.
Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın uğurlu inkişaf yoluna işıq tutur, milli həmrəyliyimizin və dövlətçilik ənənələrimizin əsas dayaqlarından biri olaraq yaşayır. Onun əziz xatirəsini dərin hörmət, sonsuz ehtiram və minnətdarlıq hissi ilə yad edirik.
Ruhu şad olsun!




