“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

11 aprel 2025-ci il tarixində "Şahin " hərbi - idman oyunlarının Göygöl rayonu üzrə seçim mərhələsi keçirilib.

21/10/2025, 07:09
xeber1

"Şahin" hərbi - idman oyunları şagirdlərimizdə vətənə sevgi, vətənin müdafiəsinə hazırlıq ruhunu aşılayır, o cümlədən gənclərin fiziki inkişafına, hərbi biliklərin formalaşmasını hədəfləyir. Bu cür hərbi - idman oyunları gənclər arasında komanda ruhunun və liderlik bacarıqlarının inkişafına dəstək olur və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir.

Göygöl rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin qatıldığı yarışda 24 komanda iştirak edib.

Gərgin və maraqlı keçən oyunların yekununda qaliblər müəyyənləşib.

“Şahin” hərbi-idman oyunlarının Göygöl rayonu üzrə seçim mərhələsinin nətəcələrinə əsasən:

Göygöl şəhəri 1 nömrəli tam orta məktəb I yerə,

Göygöl rayonu Xəqani kənd tam orta məktəb II yerə,

Göygöl rayonu Üçtəpə kənd tam orta məktəb III yerə

layiq görülüb.

Hərbi-idman oyunun rayon üzrə seçim mərhələsinin sonunda qalib olan komandalara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi tərəfindən diplomlar, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Beləliklə, Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunlarının zona mərhələsində rayonumuzu təmsil edəcək.

Zona mərhələsində komandamıza uğurlar arzu edirik.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: goygol.hemkarlar.rk@mail.ru

#AHIK

#ATIAHI

#ATİAHİGöygölrayonkomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: