“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

11 nömrəli Xüsusi Ümumtəhsil Məktəbində 65 illik yubiley qeyd olunub

26/10/2026, 11:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 11 nömrəli Xüsusi Ümumtəhsil Məktəbində Abbasova Rahibə Məhiş qızının 65 illik yubileyi qeyd olunub.


Yubiley münasibətilə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Rahibə Abbasovanı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Görüş zamanı təhsil sahəsində əməyin, xüsusi təhsil müəssisələrində çalışan əməkdaşların məsuliyyətli fəaliyyətinin və onların cəmiyyətin inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanıb. Yubilyara göstərilən diqqət və ehtiram onun əməyinə verilən dəyərin ifadəsi kimi qiymətləndirilib.


Sonda Rahibə Abbasovaya xoş arzular çatdırılıb, yubileyinin sevincini yaxınları və həmkarları ilə birlikdə daha neçə xoş illərdə yaşaması dilənilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: