“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

11 tələbəmiz “Həmkarlar ittifaqı təqaüdü”nə layiq görülüb

23/04/2026, 22:37
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-nın (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) tərəfindən 2024–2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) 11 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub. Təqaüd ümumilikdə 250 tələbəyə şamil edilib. 

Tədbirdə AHİK rəhbərliyi, üzv və tabe təşkilatların nümayəndələri, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai həyatda fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çıxışlarda vurğulanıb ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələrə həvəsləndirir.

Tədbirin sonunda yüksək akademik nailiyyətləri və ictimai fəallıqları ilə fərqlənən tələbələrə təqaüdlər təqdim edilib. 

Qeyd edək ki, AZMİU-nun 11 tələbəsinin bu nüfuzlu təqaüdə layiq görülməsi universitet tələbələrinin həm təhsil, həm də ictimai fəaliyyət sahəsində qazandıqları uğurların göstəricisi kimi qiymətləndirilib.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: