Xəbərlər
11.03.2026 -cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin təşkilatçılığı ilə bir qrup təhsil işçilərinə iftar süfrəsi verilib

11.03.2026 -cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin təşkilatçılığı ilə bir qrup təhsil işçilərinə iftar süfrəsi verilib. İftar süfrəsində MARTİ, Yevlax rayon Təhsil Sektorunun mühasibatlıq şöbəsi,peşə məktəbi, ümumtəhsil və məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrinin oruc tutan əməkdaşları, təhsil işçiləri olan Şəhid ailə üzvləri və Qazilər iştirak ediblər.Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ETİHİ Yevlax Şəkər ETİHİ Yevlax Şəhər Komitəsinin sədri , şəhid ailələri , qazilər, MARTİ Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdir, Yevlax rayon Təhsil Sektorunun baş mühasibi və digərləri çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Müqəddəs Ramazan ayında tutlan orucların, edilən duaların qəbul edilməsini, xalqımıza ,dövlətimizə sülh ,əminamanlıq, ruzi ,bərəkət arzu ediblər.Daha sonra din xadimi xeyir ,dua verərək ,Ramazan ayının iftar dausını oxuyub.
Sonda Şəhid ailələri və qazilərlə birlikdə İftar tortu kəsilib, xatirə şəkilləri çəkilib.


























