“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

11.09.2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Niyazi Nəbiyev təşkilatların sədrləri ilə görüş keçirib.

21/10/2025, 10:22
xeber1

11.09.2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Niyazi Nəbiyev ilk təşkilatların sədrləri ilə görüş keçirib. Görüşdə yeni Təhsil ilinin başlanması ilə bağlı görüləcək işlər barədə mövzular geniş müzakirə olunub. İlk öncə ETİHİ Gəncə şəhər komitəsinin sədri Niyazi Nəbiyev müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək işlərində uğurlar arzulayıb. Yeni tədris ilində təhsil müəssisələrində işləyən ittifaq üzvlərinin üzləşdiyi problemləri daha dərindən öyrənmək və həmkarlar ittifaqlarına işəgötürənlə birlikdə bu problemlərin aradan qaldırılması məqsədilə əmək kollektivlərində sağlam və təhlükəsiz iş yerlərinin yaradılması üçün işlər barədə movzular geniş müzakirə olunub, həmçinin Şəhid ailə üzvləri, qazi və veteranlara xüsusi diqqətin artırılması, ittifaq üzvlərinin maddi yardımla təmin olunması, mükafatların verilməsi və yollayışlarlar haqqında məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: