Xəbərlər
12 Dekabr- Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə İsmayıllı rayonunda geniş tədbir keçirildi.

12 Dekabr- Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə İsmayıllı rayonunda geniş tədbir keçirildi.
Tədbirdə RİH - nin başçısı Nahid Bağırov, hüquq mühafizə orqanları, RTS - u əməkdaşları, ETİHİ Rayon Komitə üzvləri, ilk təşkilat sədrləri, şəhid ailələri , ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib , önünə gül dəstələri düşərək onun əziz xatirəsini yad etdilər.
Ziyarətdən sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş sərgi və filmə baxış keçirildi. Filmdə Ulu Öndərin dövlətçilik tariximizdəki müstəsna xidmətləri və Azərbaycanın inkişafına verdiyi böyük töhfələr bir daha xatırladıldı.
Ulu Öndərin ruhuna dua edildi və ehsan süfrəsi təşkil olundu. Anım mərasimi dərin hörmət və ehtiram ab- havasında başa çatdı.
Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
























