Xəbərlər
12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü.
12/12/2025, 09:17

Bu gün Azərbaycan xalqı müasir müstəqil dövlətimizin memarı, xalqımızın böyük oğlu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir.
Ulu Öndərin dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin inkişafı və gələcək nəsillərin firavanlığı naminə gördüyü misilsiz işlər tariximizin ən şərəfli səhifələrində yer alır. Onun müdrikliyi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan çətin sınaqlardan keçərək güclü, sabit və dayanıqlı bir dövlətə çevrilib.
Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də ölkəmizin inkişaf yoluna işıq tutur, hər bir azərbaycanlı üçün qürur və ilham mənbəyi olaraq yaşayır və yaşayacaqdır.



