Xəbərlər
12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.

ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılar Quba rayonunun füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, xoş və yaddaqalan istirahət keçiriblər. Səfər iştirakçılara asudə vaxtlarını səmərəli keçirmək, eyni zamanda kollektiv üzvləri arasında ünsiyyəti və həmrəyliyi daha da möhkəmləndirmək imkanı yaradıb.
Səfər iştirakçıları onlar üçün yaradılan bu imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosialyönümlü layihələrin davamlı təşkil olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər.






