“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

12 Noyabr – Hüquqi dövlətçiliyimizin şanlı tarixi

12/11/2026, 16:36
xeber1

Hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşması və demokratik inkişaf yolunda mühüm mərhələ kimi xüsusi əhəmiyyət daşıyır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ölkəmizin dövlət quruluşunun, idarəetmə sisteminin, insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də cəmiyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasını təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, bərabərlik və sosial ədalət prinsipləri öz əksini tapmışdır.

Konstitusiya Günü hər bir vətəndaş üçün hüquqi dövlətçilik ənənələrinə hörmət, milli dəyərlərə bağlılıq və ölkəmizin gələcəyinə məsuliyyət hissinin ifadəsidir.

Bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edir, müstəqil Azərbaycanımıza sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: