Xəbərlər
12.01.2026- cı il tarixdə Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində I Qarabağ şəhidi Azərbaycan Bayrağı Ordenli İlqar Kişiyevin 51- ci ildönümünə həsr olunan "Şəhidlər ölməz" adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı.Torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi anıldı.
Təlim- tərbiyə işləri üzrə direktor müavini Rəsmiyə Baxşəliyevanın rəhbərliyi altında keçirilən tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Əsədovanın V-VIII sinif şagirdlərinin iştirakı ilə hazırladığı kiçik kompazisiya təqdim olundu.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova, İlahiyyətçi Cavid müəllim, şəhidin ailə üzvləri və şəhid anaları iştirak etdilər.
H.Şahmuradova İ.Kişiyevin maketini məktəbə hədiyyə etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.