Xəbərlər
12.06.2026- cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qazma kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbirləri qeyd edilib

12.06.2026- cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qazma kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində Qasımov İntiqam Abdulla oğlu,
Hacıxanova Aşa Nəriman qızı, Bahalova Mahizər İsa qızı və Qazma kəndi A.Mirəliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Xəlilova Xədicəmaral Həsrət qızı, Yüzbaşıyeva Pədimat Nəcməddin qızının yubiley tədbirləri qeyd edilib. ETİHİ Balakən rayon komitəsinin hədiyyəsi ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov tərəfindən təqdim edildi. Gostərilən diqqət və qayğıya görə tədbir iştirakçıları Azərbaycan Həmkarlar İttifaqı Komitəsinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirdilər. ETİHİ Balakən rayon komitəsi adından Qasımov İntiqam Abdulla oğlu,
Hacıxanova Aşa Nəriman qızı,
Bahalova Mahizər İsa qızı, Xəlilova Xədicəmaral Həsrət qızı, Yüzbaşıyeva Pədimat Nəcməddin qızına can sağlığı, işlərində uğurlar, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.






