Xəbərlər
13.05.2026-cı il tarixində A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat fənni üzrə bilik yarışı keçirilib

13.05.2026-cı il tarixində A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat fənni üzrə bilik yarışı keçirilib. Bilik yarışının keçirilməsində əsas məqsəd şagirdlərin riyazi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların məntiqi təfəkkürünün, sürətli düşünmə qabiliyyətinin və yaradıcı yanaşmasının formalaşdırılması olub. Eyni zamanda yarış şagirdlərdə elmə marağın artırılmasına, sağlam rəqabət mühitinin yaradılmasına, komanda ilə işləmək bacarığının inkişafına və istedadlı şagirdlərin üzə çıxarılmasına xidmət edib. Tədbirdə ETIHI-nin Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov iştirak edib, yarışın sonunda qalib komandanın üzvləri qiymətli hədiyyələrlə təltif olunublar





