Xəbərlər
139 nömrəli tam orta məktəbin müəllimlərinin Xaçmaz səfəri
06/07/2026, 17:37

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 139 nömrəli tam orta məktəbin müəllimləri Xaçmaz rayonuna təşkil olunmuş gəzinti səfərində iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar Xaçmazın tarixi, mədəni və görməli məkanları ilə yaxından tanış olub, rayonun zəngin turizm potensialını izləyiblər. Gəzinti müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin möhkəmləndirilməsi və xoş təəssüratların qazanılması baxımından yaddaqalan olub.
Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.





