“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

14 özəl uşaq bağçası ETİHİ-yə qoşulub

25/08/2025, 09:37
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) özəl təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyə davam edir.


Belə ki, “Körpə Ulduz”, “Peter Pan”, “Bir İnci”, “İndigo”, “Kangaroo” və “Yuvam” adları altında fəaliyyət göstərən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin 14 filial üzrə 200-dən artıq əməkdaşı ETİHİ-yə qoşulmaq qərarını dəstəkləyib.


Yeni əməkdaşlığın qurulması münasibətilə Quba rayonunun Qırız-Dəhnə kəndində yerləşən “Nazlı bulaq” istirahət mərkəzində görüş keçirilib.


Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təqdimatla çıxış edərək həmkarlar ittifaqının fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verib.


Şəbəkənin təsisçisi Rasif Dünyamalıyev quruma üzv olmaqla bağlı könüllü müraciət etdiyini bildirib və son bir il ərzində ETİHİ-nin fəaliyyətini yaxından izlədiyini, bu fəaliyyətin təhsil ictimaiyyəti üçün praktiki faydalarını, xüsusilə müəllimlərin və pedaqoji heyətin hüquqlarının müdafiəsi sahəsində atılan real addımları müşahidə edərək bu qərara gəldiyini qeyd edib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov təşəbbüsü yüksək qiymətləndirib və kollektivə təşəkkürünü bildirib.


Tədbir bədii hissə ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: