Xəbərlər
14-15 oktyabr tarixlərində Yevlax şəhər Peşə məktəbi və Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə “Narkomaniyaya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin sədri Səlimova Əfsanə,ETİHİ Yevlax Şəhər Komitəsinin mütəxəssisi Abdullayeva Dərya , Yevlax rayon Polis Şöbəsinin Narkotika ilə bağlı mübarizə bölməsinin rəisi polis mayoru Baxşəliyev Teymur, Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektor, milli qəhrəman Mədətov Fariz, Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor Mübariz Cəmilzadə,Yevlax rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Nağızadə Fərid, Ailə Sağlamlıq Mərkəzinin həkim Pediatırı Əzizova Fəxriyyə , təhsil müəssisələrinin rəhbərləri ,psixoloqu,kollektivi ,tələbələri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüş zamanı narkotik vaitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə çıxışlar edilib, müzakirələr aparılıb ,video çarx nümayiş edilərək gənclərin zərərli vərdişlərdən uzaq durmağa təşviq olynması tövsiyə edilib.
Sonda xatirə şəkilləri çəkilib.