Xəbərlər
144 və 289 nömrəli körpələr evi-uşaq bağçalarının həmkarlar ittifaqı üzvləri Quba rayonuna səfər ediblər
06/08/2026, 15:56

144 və 289 nömrəli körpələr evi-uşaq bağçalarının əməkdaşları Quba rayonuna təşkil olunan səfərdə iştirak ediblər.
Quba səfəri kollektiv üzvləri üçün maraqlı anlarla yadda qalıb. Əməkdaşlar rayonun təbiəti ilə tanış olub, birlikdə vaxt keçirərək dincəlmək və xoş təəssüratlar qazanmaq imkanı əldə ediblər.
Kollektivlər səfərin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.







