Xəbərlər
15 aprel 2025-ci il tarixində Göygöl rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Göygöl Rayon Komitəsi və Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Göygöl rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışının rayon mərhələsi başa çatıb.

Yarışa Göygöl rayonu İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Kəmalə İbrahimova, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, Göygöl rayonu üzrə təhsil sektorunun nümayəndəsi Afət Hacıyeva və təhsil müəssisələrində çalışan təhsil işçiləri qatılıb.
Gərgin və maraqlı keçən qarşılaşmaların sonunda qaliblər müəyyən edilib. Turnirin rayon mərhələsinin nəticələri aşağıdakı kimi olub:
* I yer – İsmayılov İlham İbrahim oğlu, Göygöl şəhəri 5 nömrəli tam orta məktəbin müəllimi
* II yer – Kərimov Cavanşir Kərim oğlu, Göygöl rayonu Göyçəkənd kənd tam orta məktəbin müəllimi
* III yer – Allahverdiyev Əli Akif oğlu, Göygöl rayonu Balçılı kənd 1 nömrəli tam orta məktəbin müəllimi
Yarışın sonunda qaliblərə mükafatlar təqdim edilib. Onlara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən medallar, diplomlar və şahmat dəstləri təqdim olunub.
Yarış iştirakçıları ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər. Gələcəkdə bu tip yarışların mütəmadi təşkil olunmasını istədiklərini ifadə ediblər.
Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:
ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev
Əlaqə nömrəsi: +994502736336
Elektron ünvan: goygol.hemkarlar.rk@mail.ru
#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi











