“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 aprel 2026-cı il tarixdə Şirvan Təhsil Sektorunun inzibati binasında "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək" devizi ilə tədbir keçirilib.

15/04/2026, 15:00
xeber1

"Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək" devizi ilə tədbir keçirilib.

15 aprel 2026-cı il tarixdə Şirvan Təhsil Sektorunun inzibati binasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan 28 aprel - "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə bağlı "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək" devizi ətrafında işəgötürən və işçilər arasında maarifləndirici tədbir keçirildi. Tədbirdə ETİHİ Şirvan Şəhər Komitəsinin sədri çıxış edərək, əməyin mühafizəsi sahəsində görülən işlərdən, psixososial iş mühitinin yaradılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətindən geniş məlumat verdi. Məruzə ətrafında edilən çıxışlarda müxtəlif təkliflər və tövsiyyələr səsləndirildi, qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda belə tədbirlərin davamlı keçirilməsi diqqətə çatdırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: