“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 iyun 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim kollektivi ETİHİ Rayon Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərinə səfər etmişdir.

17/06/2026, 10:01
xeber1

15 iyun 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 5 nömrəli  tam orta ümumtəhsil məktəbin müəllim kollektivi ETİHİ Rayon Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərinə səfər etmişdir.


Səfər çərçivəsində iştirakçılar Qarabağın təbiətcə zəngin, tarixi keçmişi olan Xankəndi və Əsgəran şəhərlərini , ölkəmizin dilbər guşəsi olan Şuşa şəhərinin tarixi və mədəni məkanlarını ziyarət etmiş, zəngin mədəniyyət abidələri və həyata keçirilən quruculuq işləri ilə yaxından tanış olmuşlar.


Bu səfər kollektiv üzvlərinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və həmkarlar arasında birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Şuşa şəhərinə təşkil olunan ekskursiyadan əldə olunan xoş təəssüratlar iştirakçıların yaddaşında unudulmaz xatirə kimi qalacaqdır.Bu səfərin təşkilində göstərdiyi dəstəyə görə ETİHİ Respublika Komitəsinə təşəkkürümüzü bildiririk. 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik,qazilərimizə can sağlığı arzu edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: