“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 iyun Qurtuluş günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir

17/06/2026, 16:11
xeber1

15 iyun Qurtuluş günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir. 1993-cü ildə ölkəmiz ağır siyasi böhran və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı sabitlik və inkişaf yoluna çıxartdı. Milli Qurtuluşun möhkəm təməli üzərində qurulan güclü dövlətçilik siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atdı. Bu gün üç rəngli bayrağımız Qarabağda dalğalanır. Bu gün dünyada öz sözünü deyən Prezidentimiz Cənab İlham Əliyev siyasəti, zəhməti, əziyyəti nəticəsində bütöv Azərbaycanlıyıq. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 15 iyun yalnız keçmişə ehtram deyil, həm də Azərbaycanın gücünün, birliyinin və zəfərinin rəmzidir. Yaşasın müstəqil Azərbaycan!

#15 iyun Milli Qurtuluş günü

#H.Əliyev

#AHİK

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: