“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 iyun tarixində ATİAHİ Xətai Rayon Komitəsi tərəfindən Milli Qurtuluş Günü münasibətilə ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə səfər təşkil olunmuşdur.

15/06/2025, 16:52
xeber1

Səfər iştirakçıları təbiətin füsunkar mənzərələrindən və saf dağ havasından zövq alaraq dincəlmək imkanı əldə etmiş, istirahətlərini həm maraqlı, həm də mənalı şəkildə keçirmişlər. İstirahət mərkəzində təqdim olunan ləziz təamlar, səmimi ünsiyyət və birgə vaxt keçirilməsi iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır.

Belə tədbirlər ATİAHİ Xətai Rayon Komitəsinin ittifaq üzvləri arasında birliyin, qarşılıqlı anlayışın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: