“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 may -Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

18/05/2026, 12:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin, Şəki rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı və M.F.Axundov adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir təşkil olunub.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sabiq baş məsləhətçisi Elxan Abdullayev, məktəb direktorları, fəal, gənc və təqaüdçü müəllimlər, eləcə də nümunəvi ailələr iştirak ediblər.


Çıxış edənlərZiyafət Xasiyeva, Zamik Cəbiyev və Elxan Abdullayev Beynəlxalq Ailə Gününün əhəmiyyətindən, milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin mühüm rolundan, sağlam ailə formalaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətdən danışıblar. Bildirilib ki, ailə cəmiyyətin təməli olmaqla yanaşı, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

Tədbirə nümunəvi ailə olaraq dəvət edilən 50 illik ailə həyatı yaşayan "Əməkdar müəllim" Ruhangiz Abdullayeva, 40 illik ailə təcrübəsinə malik "Əməkdar müəllim" Bəşarət Yusifov, 30 illik ailə həyatı yaşayan şəhid anası Gülnarə İsmayılova, 20 illik ailə təcrübəsinə sahib “Tərəqqi” medallı Bünyad İsmayılov və 5 illik ailə həyatına malik Vətən müharibəsi qazisi Ülvi Məmmədov çıxışlarında ailə dəyərləri və təcrübəsindən danışıblar. 


Tədbirdə təhsilin inkişafına və həmkarlar təşkilatının fəaliyyətinə yaxından dəstək olduğuna görə Elxan Abdullayevə 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin imzası ilə təsdiq olunmuş Fəxri Fərman təqdim olunub.


Dəvət edilən nümunəvi ailələrə ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən hədiyyə və gül buketləri təqdim olunub.

Tədbir M.F.Axundov adına Mədəniyyət Mərkəzinin əməkdaşlarının və şəhər 8 nömrəli Beynəlmiləl tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında ailə dəyərlərini tərənnüm ədəbi-bədii kompozisiyalarla və rəqslərlə başa çatıb

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: