Xəbərlər
15 Sentyabr – Bilik Günü münasibətilə təbrik
18/09/2026, 12:43

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi bütün təhsil işçilərini, müəllimləri, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarını, şagird və tələbələri yeni tədris ilinin başlanması – 15 Sentyabr Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir. Yeni tədris ilinin hər bir təhsil müəssisəsi üçün yeni hədəflər, uğurlar və nailiyyətlərlə zəngin olmasını arzulayırıq.
Təhsilin inkişafına və gələcək nəslin formalaşmasına böyük töhfə verən bütün müəllim və təhsil işçilərinə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yüksək nailiyyətlər diləyirik. Yeni tədris ili uğurlu, məhsuldar və düşərli olsun! 15 Sentyabr – Bilik Günü mübarək!





