“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib

16/09/2026, 11:17
xeber1

Bərdə rayon Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Bərdə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nuranə İsmayılova, məktəbin direktoru Elgün Qocamanov, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıblar. Bildirilib ki, yeni tədris ili yeni biliklərin əldə olunması, qarşıya qoyulan məqsədlərə nail olunması və şagirdlərin hərtərəfli inkişafı baxımından mühüm mərhələdir.

Çıxışlarda təhsilin cəmiyyətin inkişafında mühüm rolundan bəhs olunub, şagirdlərin keyfiyyətli təhsil alması və gələcəkdə layiqli vətəndaş kimi yetişməsi istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: