Xəbərlər
15 sentyabr – “Bilik Günü” münasibətilə Yevlax məktəblərində tədbirlər keçirilib

15 sentyabr – “Bilik Günü” münasibətilə Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və Yevlax şəhər Peşə məktəbində tədbirlər keçirilib.
Tədbirlərdə məktəb rəhbərləri , yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri, müəllimlər, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Çıxış edənlər yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara təhsil yolunda uğurlar arzulayıblar.
Yeni tədris ilində şagirdlərə uğurlar, müəllimlərə isə yeni nailiyyətlər arzulayırıq!















