Xəbərlər
15 Sentyabr – Bilik Günü İsmayıllıda təntənəli qeyd olundu.

15 Sentyabr – Bilik Günü İsmayıllıda təntənəli qeyd olundu.
15 Sentyabr – Bilik Günü münasibətilə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı, əsasən I Qarabağ müharibəsi vaxtı rayona pənah gətirmiş məcburi köçkün ailələri yaşayan Qarabağ qəsəbəsində fəailiyyət göstərən İsmayıllı şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində böyük sevinc və coşqu ilə qeyd edildi. Yeni dərs ilinin başlanılması ilə əlaqədar keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin əsas məqamlarından biri şəhid Nicat Həsənquliyevin yadigarı Bakir Həsənquliyevin birinci sinfə qədəm qoyması olub. Bakırın ilk məktəb günü, birinci sinfə qədəm qoyması iştirakçılar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva, İsmayılı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayllı Rayon Komitəsinin sədri Hafiz Kərimov , şəhid ailələri, valideynlər , məktəbin şagird müəllim kollektivi və digər qonaqlar iştirak etdilər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının və ETİHİ Rayon Komitəsinin adından Şəhid Nicat Həsənquliyevin evladı Bakır Həsənquliyevə birinci sinfə qədəm qoyması münasibətilə təbrik olunaraq hədiyyələr təqdim olundu.
Məktəbin direktoru Sədi Nəzərov, şəhid valideynləri və qonaqlar çıxış edərək 15 Sentyabr – Bilik Günü münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edərək yeni tədris ilində kollektivə uğurlar arzuladılar.
Şəhidlərimizin bizə əmanət qoyduğu övladların diqqət və qayğı ilə əhatə olunması, onların layiqli vətəndaş kimi yetişdirilməsi dövlətimizin və cəmiyyətimizin daim diqqət mərkəzindədir.
15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdlərimizi, müəllimlərimizi və valideynlərimizi təbrik edir, yeni tədris ilində uğurlar arzulayırıq!






