“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 SENTYABR – BİLİK GÜNÜ

15/09/2026, 14:09
xeber1

15 Sentyabr – Bilik Günü münasibətilə Ağcabədi rayonunun təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunub.

Keçirilən tədbirlərdə məktəb həmkarlar təşkilatlarının sədrləri fəal iştirak edərək müəllim və şagirdlərlə birlikdə bu əlamətdar günün sevincini bölüşüblər.

Ağcabədi rayonunun ucqar kənd məktəbləri də Bilik Gününü böyük sevinc ilə qarşılayıblar.

Avşar kənd 3 nömrəli ümumi orta, Ağabəyli kənd ümumi orta, Vidadi Məlikov adına Minəxorlu kənd tam orta və Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəblərində Bilik Gününə həsr olunmuş tədbirlər keçirilib.

Təhsil ocaqlarında yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdlərə uğurlar, yeni nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: