“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 sentyabr-Bilik Günü

22/10/2025, 10:42
xeber1

15 sentyabr – Bilik Günü münasibətilə Qaradağ rayonu üzrə bütün təhsil müəssisələrində tədbirlər keçirilib. 


Lökbatan qəsəbəsindəki 139 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onların savadlı və vətənpərvər vətəndaş kimi yetişmələrinin önəmini vurğulayıb.


Məktəbin direktoru Səadət Mirzəyeva da çıxış edərək müəllim, şagird və valideynləri təbrik edib, kollektivə uğurlar arzulayıb.


Tədbirdə həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov çıxış edərək müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, təhsilə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıb.


Qeyd olunub ki, bu il rayonda 2168 nəfər məzundan 1002-si ali məktəblərə qəbul olub, onlardan 41-i 600-dən çox bal toplayıb, 3 nəfər isə qızıl medal qazanıb.


“İlk zəng”lə yeni dərs ili rəsmi olaraq başlanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: