“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 İyun- Milli Qurtuluş Günü münasibətilə İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində geniş tədbir keçirildi.

14/06/2026, 09:56
xeber1

15 İyun- Milli Qurtuluş Günü münasibətilə İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində geniş tədbir keçirildi. Tədbirdə RİH, YAP Rayon təşkilatı, DŞRTİ, DŞRGİ Rayon Sektorlarının nümayəndələri, Şəhid ailələri, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak etdilər. Çıxış edən natiqlər bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin 1993 -cü ilin iyun ayının 15- də xalqın tələbi ilə 2- ci dəfə hakimiyyətə dəvət edilməsi ölkəni parçalanmaq təhlükəsindən, anarxiya və xaosdan , vətəndaş müharibəsindən qurulmasına, yeni dövlət, dövlətçiliyin yaranmasına və inkişaf etməsinə səbəb oldu. Ulu Öndərin davamçısı Ali Baş Komandan İlham Əliyevin düzgün və ağıllı siyasəti nəticəsində Azərbaycan dövləti gücləndi, 30 illik həsrətə son qoyularaq torpaqlarımız azad olundu , Ulu Öndərin vəsiyyətləri həyata keçirildi. Tədbirin sonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş rayon məktəbliləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri ETİHİ İsmayıllı Rayon Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: