Xəbərlər
15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən toplantı.
Daşkəsən Rayon İcra Hakimiyyəti, ETİHİ-nin Daşkəsən rayon komitəsi və YAP Daşkəsən rayon təşkilatı, Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilib.Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, ETİHİ-nin Daşkəsən rayon komitəsi sədri Rabil İbrahimov rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP fəalları, şəhid ailəsinin üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, gül-çiçək dəstələri düzülüb, xatirəsinə ehtiram bildirilib.Toplantı Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş şəhidlərimizin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.



