“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

10/06/2026, 17:47
xeber1

10.06.2026-cı il tarixində Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təhsil işçiləri, müəllim və şagirdlərin iştirakı ilə tədbir təşkil olunub.

Tədbirdə Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, xalqın rifahı və ölkənin gələcək inkişafı baxımından tarixi əhəmiyyətə malikdir.

Tədbir şagirdlərin ifasında Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: