Xəbərlər
15 İyun – Milli Qurtuluş Günüdür

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün təkcə təqvim bayramı deyil, həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan önəmli bir gündür. Bu münasibətlə tədris müəssisələrində silsilə tədbirlər davam edir.
ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən uçqar kəndlərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində həmkarlar ittifaqı üzvləri ilə görüşlər keçirilib. Görüşlərin məqsədi bayram münasibəti ilə əməkdaşlarla söhbət aparmaq, onların istirahətinin səmərəli təşkili istiqamətində sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların elektron sistem üzərindən qeydiyyat qaydaları barədə ətraflı məlumat vermək olub.
Görüş iştirakçılarına e-AHİK.az platformasının funksiyaları, qeydiyyat mexanizmi və yollayışların əldə olunması prosedurları izah edilib, həmçinin sistemdə qeydiyyatdan keçmələri üçün praktiki köməklik göstərilib.
Sonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hazırlanmış tədbirdə kiçik yaşlı uşaqların istedadları nümayiş etdirilib. Bağça işçiləri ilə çay süfrəsi arxasında səmimi söhbətlər aparılıb, 15 İyunun xalqımız üçün əsl qurtuluş tarixini ifadə edən mühüm gün olduğu vurğulanıb.














