“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbirlər.

12/06/2026, 18:52
xeber1

Ağcabədi ASAN Xidmət Mərkəzində “Milli Qurtuluş Günü: Xalq–Lider Birliyinin Təntənəsi” mövzusunda tədbir keçirilib

Tədbir Yeni Azərbaycan Partiyası, Ağcabədi ASAN Xidmət Mərkəzi, Qərbi Azərbaycan İcması və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dəvət olunmuş qonaqlarla birlikdə müəllim və şagirdlərin vətənpərvərlik ruhunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Ağcabədi ASAN Xidmət Mərkəzinin kitabxanası tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ağcabədi rayon Aşağı Qiyaməddinli kənd tam orta məktəbinin tarix müəllimi Şükürov Bəxtiyar Ziyəddin oğlu bildirib ki, Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyini təmin edən, Azərbaycanın tənəzzüldən xilas olaraq inkişaf və tərəqqi mərhələsinə qədəm qoymasına zəmin yaradan tarixi dönüş nöqtəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: